Suallar
Ümumi
Yükümün harada olduğunu necə biləcəyəm?
Hər avtomobildə GPS var. Dispetçerə zəng edin — yerini dərhal deyəcək. Dispetçer xidməti gecə də işləyir.
Gömrük işini siz aparırsınızmı?
Bəli, öz gömrük şöbəmiz var. Ayrıca broker axtarmağa ehtiyac yoxdur — sənədləri bizə verirsiniz, bəyannamədən rüsum hesablanmasına qədər hər şeyi biz edirik.
Yük sığortalanırmı?
Beynəlxalq daşımalarda CMR sığortası standartdır və qiymətə daxildir. Daxili daşımalarda sığorta istəyə görə əlavə olunur — dəyəri yükün məbləğindən asılıdır.
Qiymətlər
Daşıma qiyməti necə hesablanır?
Marşrut, yükün çəkisi və həcmi, avtomobil növü və təcililiyə görə. Qiyməti bir neçə saat ərzində veririk — yükün təsvirini və ünvanları göndərmək kifayətdir.
Çatdırılma
Ən qısa çatdırılma müddəti nə qədərdir?
Bakı daxilində eyni gün. Rayonlara növbəti gün. Türkiyə istiqamətində 4-6 gün, Gürcüstan 2-3 gün — sərhəddəki növbədən asılı olaraq dəyişə bilər.