Haqqımızda
On bir ildir yük daşıyırıq — Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətlərində.
DEMO Logistics 2014-cü ildə iki yük maşını ilə başladı. Bu gün 34 avtomobilimiz var — tentli, refrijerator və konteyner daşıyıcıları.
Hansı istiqamətlərdə
Türkiyə, Gürcüstan, Rusiya və İran — müntəzəm marşrutlarımızdır. Avropa istiqamətində tərəfdaş şirkətlərlə işləyirik.
Daxili daşımalar: Bakıdan bütün rayonlara, həmçinin rayonlararası.
Yükün izlənməsi
Hər avtomobildə GPS var. Sifarişçi yükünün harada olduğunu istənilən vaxt öyrənə bilər — dispetçerə zəng etmək kifayətdir.
Refrijeratorlarda temperatur da qeydə alınır. Yük çatanda temperatur jurnalı təhvil verilir.
Gömrük
Gömrük rəsmiləşdirilməsini özümüz aparırıq. Sifarişçi ayrıca broker axtarmır — sənədləri bizə verir, qalanını biz edirik.
Sığorta
Bütün beynəlxalq daşımalar CMR sığortası ilə. Daxili daşımalarda da sığorta təklif olunur — istəyə görə.