Yükü sərhəddə saxlayan beş sənəd səhvi
Hər gecikmə gün başına xərc deməkdir — və səbəblərin çoxu əvvəlcədən həll olunur.
Sərhəddə gözləmənin çoxu maşının növbəsindən deyil, sənəddəki uyğunsuzluqdan yaranır.
1. İnvoysdakı təsvir yükə uyğun gəlmir
Ən çox rast gəlinən hal. İnvoysda «tekstil məhsulları» yazılır, yükdə isə hazır geyim var — bu, fərqli gömrük kodudur.
2. Çəki uyğunsuzluğu
Sənəddəki brutto çəki tərəzidəki rəqəmlə üst-üstə düşmür. Kiçik fərq problem deyil, amma 5%-dən çox olarsa yoxlama başlayır.
3. Mənşə sertifikatı yoxdur
Güzəştli rüsum tətbiq olunacaqsa, mənşə sertifikatı mütləqdir. Sonradan gətirmək mümkündür, amma yük gözləyir.
4. Qablaşdırma siyahısı natamamdır
Neçə yer, hər yerdə nə var — bu, qutu-qutu göstərilməlidir.
5. İmza və möhür
Skan sənəddə imza görünmür və ya möhür oxunmur. Kiçik məsələdir, amma bir gün itir.
Biz sənədləri yola çıxmazdan əvvəl yoxlayırıq. Bu yoxlama pulsuzdur və çox vaxt bir-iki gün qazandırır.